FHN: Sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durun
Əhali sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmalıdır.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciətində qeyd olunub.
Vurğulanıb ki, hazırda qeyri-sabit və yağıntılı hava şəraiti, o cümlədən bir sıra ərazilərdə intensiv yağıntılar müşahidə olunur və belə hava şəraitinin yaxın günlər ərzində davan edəcəyi, ayrı-ayrı yerlərdə subasmanın, bəzi dağ çaylarında qısamüddətli sel və daşqının baş verəcəyi proqnozlaşdırılır.
"Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmalı, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmalı, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl edilməlidir", - müraciətdə bildirilib.
Oxşar xəbərlər
Sevgilisinin ifadəsi məhkəmədə həlledici oldu: Sürücüyə bəraət verildi
Bakıda piyadanın ölümündə təqsirləndirilən sürücüyə hökm oxunub. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində 1979-cu il təvəllü...