SİZİN REKLAM BURADA!
055 213 76 73


iPhone-lar təqdim edildiyi hər zaman bazarın ən bahalı ağıllı telefonları arasında olmağı bacarır (hətta bu sahədə zirvəni əlində tutur deyə bilərik). Bundan başqa birdə ölkəmizdə üstünə "falan-filan" vergilər əlavə edildiyində iPhone-ların qiymətləri ikinci əl (işlədilmiş) avtomobil qiymətləri ilə hardasa eyni olur.
 
technote.az-a bildirir ki, hamının maraqlandığı sual isə qiymət olaraq belə ciddi rəqəmlərə çıxan cihazı istehsal etmək də bu qədər bahalıdır? Təbii ki "Apple", iPhone-ları istehsal edərkən keyfiyyətli detallardan istifadə edir. Yəni ucuza qaçmaq kimi bir məsələ yoxdur. Ancaq bir reallıq var ki "Apple" bir iPhone-dan olduqca yaxşı qazanc əldə edir.
Bəs bir iPhone 7, "Apple"a neçə dollara başa gəlir?
Bu sualı iPhone 7-nin detallarının qiymətləri ilə cavablayaq:
- Ekran: 37 Dollar
- Batareya: 4 Dollar
- Kameralar: 26 Dollar
- Plata: 74 Dollar
- Səsgücləndiricilər: 11.50 Dollar
- Korpus: 22 Dollar
- Digər detallar: 117.50 Dollar
Bu rəqəmləri topladığımız zaman bir iPhone 7-nin "Apple"a bədəlinin 292 Dollar olduğunu görürük. "Apple" isə eyni cihazı 750 dollardan satışa çıxardır. Yəni "Apple", hər iPhone 7 satışından 39% qazanc əldə edir.
Təbii ki bu qazancın birbaşa, heç bir kəsinti olmadan "Apple"ın cibinə getdiyini demək səhv olar. Beləki iPhone kimi bir cihaz istehsal etmək istəyirsinizsə proqram təminatına, marketingə və telefonun yaxşı bir infrastruktura ehtiyacı var.
 
BAKU.WS
BAKU.WS