Qərb bölgəsinin dağlıq rayonlarında avtomobil yolları buz bağlayıb

Qərb bölgəsinin dağlıq rayonlarında avtomobil yolları buz bağlayıb
Sosial 150

Qərb bölgəsinin dağlıq rayonlarında qarlı və dumanlı hava şəraiti müşahidə olunur, yüksək ərazilərdə isə avtomobil yolları buz bağlayıb.

BAKU.WS Report-a istinadla xəbər verir ki, Göygöl, Daşkəsən, Şəmkir və Gədəbəy rayonlarında müşahidə olunan qarlı və dumanlı hava şəraiti səbəbindən bəzi avtomobil yollarında nəqliyyatın hərəkəti qismən çətinləşib.

Dekabrın 3-dən müşahidə olunan yağıntılı hava şəraiti nəzərə alınaraq aidiyyatı qurumlar tərəfindən yollara qum səpilir, avtomobillərin hərəkətini təmin etmək üçün lazımi işlər aparılır.

Yollarda böyük tıxacların yaranmaması və avtomobil qəzalarının baş verməməsi üçün Dövlət Yol Polisinin əməkdaşları da ərazilərə cəlb olunub və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin bərpa edilməsi üçün tədbirlər görülür.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yollarda intensiv xidmət aparır.

"Sürücülərdən xahiş olunur ki, həmin ərazilərdə müşahidə olunan hava şəraitini nəzərə alaraq sürət həddi və yol-hərəkət qaydalarına tam riayət etsinlər", - DİN rəsmisi bildirib.

Oxşar xəbərlər

Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT

Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının hazırkı vəziyyəti barədə məlumat...

209 Sosial 11:26 14 yanvar 2022

Son xəbərlər