SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda hamilə və azyaşlı övladı olan qadınların işlədiyi müddətdə qanunvericiliklə bir sıra güzəştlər nəzərdə tutulub.

BAKU.WS-in məlumatına görə, əmək qanunvericiliyi hamilə və azyaşlı övladı olan qadınların ixtisara salınmasını əngəlləyir. Həmin qadınların işdən çıxarılması isə qadağandır.

Digər tərəfdən attestasiyadan keçən zaman onlara üstünlük hüququ verilir.

Hamilə və himayəsində azyaşlı övladı böyüyən qadınlar cinayət törətdiyi təqdirdə həmin cəza təxirə salına bilər. İnzibati xətalar pozuntusu zamanı həmin qadınlar ictimai işlərə və həbsə cəlb edilmir.

BAKU.WS