SİZİN REKLAM BURADA!
055 213 76 73


Skuterlərin də sürəti 60 km saat civarındadır. Bəzi skuter sürənlər yol hərəkəti qaydalarına əməl etmirlər. Xaricdə bu məsələnin aradan qaldırılması üçün skuterlərə fərqlənmə nişanlarının taxılması məcburiyyəti gətirilib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Şahin İsmayılov deyib.

O bildirib ki, bizdə də bu təcrübədən istifadə oluna bilər: "Azərbaycanda skuterlər artan templə yayılmağa başlayıb. Fərqlənmə nişanlarının qoyulması nəticəsində qəza törədən zaman kimlərin günahkar olduğunu aydınlaşdırmaq olar".

Qeyd edək ki, Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” Qanunda dəyişiklikdə əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyat nişanı ilə təmin edilməsi tələbinin müəyyənləşdirilməsi təklif edilib.

Müzakirələrdən sonra qanuna dəyişiklik səsverməyə qoyularaq birinci qəbul edilib.

BAKU.WS