Atası ilə eyni gündə dəfn olunan şəhidin övladı dünyaya gəldi

27
noy
2022
10:25
Sentyabrın 12-dən 13-ə keçən gecə düşmən təxribatı nəticəsində snayperlə vurularaq şəhid olan Vadim Qocayevin dünən övladı dünyaya gəlib.
BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünyaya göz açan şəhid balasına Zeyd adı verilib.
Qeyd edək ki, 1997-ci il təvəllüdlü şəhidimiz Qobustanın Sündü kəndindən idi. Bir qardaşı DSX-də xidmət edir, digəri isə əsgərdir.
Xatırladaq ki, hərbi qulluqçumuzun atası Alik Qocayev oğlunun nəşini gətirmək üçün Gəncəyə yollanan zaman infarkt keçirib və çatdırıldığı hospitalda dünyasını dəyişib.


Oxşar xəbərlər
Eyni gündə dəfn olunan şəhid və atası - VİDEO
Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə yüksələn Vadim Qocayevin atası...
