17 yaşlı qızın məcburi evləndirilməsinin qarşısı alınıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda 17 yaşlı qızın iradəsi əleyhinə evləndirilməyə hazırlaşdırıldığı iddia edilir. Gənc qız toyuna az müddət qalmış evdən ayrılaraq sığınacağa müraciət edib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, qızın toyu sentyabrın 20-nə planlaşdırılıb. Lakin 17 yaşlı qız evlənmək istəmədiyi üçün sığınacağa getmək qərarına gəlib.
Məlumata əsasən, həmin vaxt qızın valideynləri cehiz almaq üçün "Sədərək" Ticarət Mərkəzinə gediblər. O isə bu fürsətdən istifadə edərək taksiyə minib və sürücüdən Kəmalə Ağazadənin rəhbərlik etdiyi sığınacağa aparmasını istəyib.
Kəmalə Ağazadə bildirib ki, qız taksi sürücüsünə pulunun olmadığını və sığınacaqda ödənişin ediləcəyini deyib. Sürücü də onu sığınacağa çatdırıb.
Birliyin sədri paylaşımında qızın sentyabrın 20-də keçirilməsi nəzərdə tutulan toyunun baş tutmayacağını qeyd edib.
Hadisənin digər təfərrüatları və məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi barədə məlumat verilməyib.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...