17 nömrəli avtobusun ödəmə aparatı xarab oldu, sərnişinlər marşrutdan pulsuz istifadə etdilər
Səhər saatlarında 17 nömrəli avtobus marşrutunun ödəniş aparatında nasazlıq yaşanıb.
BAKU.WS-in "qaynar xətt"inə daxil olan məlumatda qeyd olunub ki, avtobusdakı ödəmə aparatı işləmədiyi üçün sərnişinlər marşrutdan pulsuz istifadə ediblər.
Məsələ ilə bağlı Azərbayan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, sözügedən marşrut xəttində nağdsız ödəniş sisteminin məlumat mübadiləsində yaranan nasazlıq səbəbindən səhər saatlarında gedişhaqqının ödənilməsində çətinliklər yaranıb.
Marşrut avtobusları vətəndaşları yolda qoymayaraq həmin zaman kəsiyində ödənişsiz xidmət göstərərək sərnişinlərin gedişlərini təmin edib.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Bakıda avtobuslar gecə saat 23:00-dan sonra işləmirlər? – Sərnişinlərdən şikayət
Son vaxtlar Bakıda sərnişindaşımada yaranan problemlər bitib-tükənmir. Bu problemlərdən biri də sərnişin avtobuslarının gecə saat 11-dən sonra işləməməsidir. Və...