17-ci əsrə aid məscidin imamı: "Soyuqdan dayanmaq olmur, damdan su axır"
Qaxın İlisu kəndində yerləşən 17-ci əsrə aid Ulu məscid və qədim məzarlıq kompleksi baxımsız vəziyyətdədir.
Məscidin tavanı yararsız hala düşüb, divarları isə çatlayıb. Eləcə də yaşı əsrlərlə ölçülən dövrün görkəmli din və elm xadimlərinin, İlisu sultanlarının məzarları məhv olmaq üzrədir.
"Soyuqdan məsciddə dayanmaq olmur. İçəriyə damdan su axır. Bura tarixi abidə hesab edilirsə, bərpa edilməlidir", - deyə məscidin imamı Elman Xəlilov narazılığını bildirib.
Başqa bir kənd sakini Rafael Məmmədov isə deyir ki, burada olan məzarların bəzisi xeyirsevər vətəndaş tərəfindən təmir edilib. Lakin digər məzarların da bərpaya ehtiyacı var.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
IDEA Bərdə və Beyləqanda kütləvi ağacəkmə aksiyaları təşkil edib
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yaşıl marafon" kütləvi ağ...