17-22 may tarixlərində Bakı metrosunun iş rejimi dəyişəcək
Yeniliklərdən dərhal xəbərdar olun
WUF13 tədbiri dövründə Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə BAKU.WS-in Bakı Metropoliteni QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin müddətdə həmçinin əlavə işçi qüvvəsi və könüllülər metroya cəlb olunacaq:
"17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək WUF13 tədbiri dövründə Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Forumun Əməliyyat Şirkəti və aidiyyəti qurumlarla mərkəzləşdirilmiş platformada birgə fəaliyyət təmin olunacaq. Bir sıra stansiyalarda sərnişin axınını idarə etmək üçün əlavə işçi qüvvəsi və könüllülər cəlb olunacaq, xəttə buraxılmağa hazır ehtiyat qatarlar saxlanılacaq".
Həmçinin vurğulanıb ki, pik saatlarda intervallar minimum səviyyəyə endiriləcək.
"Forum günlərində qatarların hərəkət qrafikinə xüsusi düzəlişlər edilərək, pik saatlarda intervallar minimum səviyyəyə endiriləcək", - deyə məlumatda qeyd olunub.
Banu Hüseynli
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...