VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Qurban bayramı günlərində Azərbaycan polisi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Qurban bayramı günlərində ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının daha etibarlı qorunması məqsədi ilə əmr imzalayıb.

Əmrə əsasən, sentyabrın 12-dən 14-dək ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sıxlığı artırılacaq, həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərdə mühafizə-rejim tədbirləri, habelə xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi gücləndiriləcək.
 
BAKU.WS