SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı şəhərində nəqliyyatın hərəkətinin normallaşdırılması üçün Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC tərəfindən Bakı-Quba-Rusıya Federasıyası sərhədi avtomobil yolunun 17-ci kilometrliyində, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 15-ci kilometrliyində ödənişsiz dayanacaqları təşkil edilib.

Qurumun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Bakı-Quba-Rusıya Federasıyası sərhədi avtomobil yolunun 17-ci kilometrliyində və "VAZ yol qovşağı” adlanan sahəsində yaradılan ödənişsiz duracağa giriş-çıxışı təmin etmək məqsədi ilə Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC tərəfindən 280 metr uzunluğunda və 12 metr enində yeni yol tikilib. Bununla da qovşaqla dayanacağa nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunub.

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun  15 kilometrliyində yaradılan ödənişsiz duracağa giriş-çıxış məqsədilə isə uzunluğu 700 metr, eni 8 metr olan sürətli keçid zolağı tikilib. Burada avtobusların dayanması üçün tikilən "cib”likdə 130 paqon metr səki daşı da düzülüb. Yol kənarında abadlaşdırma, yaşıllaşdırma işləri həyata keçirilib, səkilərə bəzək daşları döşənib. Bundan başqa "Lökbatan dairəsi” istiqamətindən gələn nəqliyyat vasitələrinin geriyə dönmələri üçün ayrıcı zolaqdan yol verilib. Piyadaların rahat və təhlükəsiz şəkildə avtomobil yolunu keçməsini təmin etmək məqsədilə isə yeni piyada zolağı çəkilib və əraziyə lazımi yol nişanları quraşdırılıb.

Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 1 nömrəli protokoluna əsasən və yeni tədris ilinin başlanması nəzərə alınaraq, piyadaların yollardan təhlükəsiz və rahat şəkildə keçməsini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi "Azəryolservis”ASC tərəfindən  xüsusi olaraq məktəblər yerləşən 91 küçə və prospektdə 157 yerdə zebra tipli üfüqi nişanlama xətləri çəkilib. Bundan başqa Bakı şəhərində  28 küçə və prospektdə 164 avtobus dayanacağında məlumatverici üfüqi nişanlanma xətləri çəkilib

Ziya Səccad
BAKU.WS