Bakıda dəhşətli olay: 100-ə yaxın ağac kökündən kəsildi - VİDEO

04
okt
2022
11:17
Son vaxtlar paytaxt Bakıda qanunsuz olaraq ağacların kəsilməsi hallarına tez-tez rast gəlinir. Bu hallar əsasən yaşayış və qeyri-yaşayış sahələrində tikinti işləri apararkən qeydə alınıb.
BAKU.WS xəbər verir ki, sahibkarlar tikinti aparmaq üçün qanunsuz olaraq yaşıllığı məhv edirlər.
Belə hallardan biri də Səbail rayonu, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi 42 ünvanında qeydə alınıb.
Şikayətçi Namiq Abbasov REAL TV-yə bildirib ki, 100-ə yaxın ağac qeyri-qanuni kəsilərək yerində bina tikiblər.
Ətraflı videomaterialda izləyə bilərsiniz:
Oxşar xəbərlər
Qanunsuz heyvan kəsimi ilə məşğul olan 31 məntəqədə kəsim qurğuları sökülüb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı bir s...