AMEA-da kütləvi İXTİSAR: İşçilərin böyük hissəsi işdən çıxarıldı

AMEA-da kütləvi İXTİSAR: İşçilərin böyük hissəsi işdən çıxarıldı
Sosial 215

“Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun təsdiq edilməsindən və say həddinin müəyyən olunmasından sonra irəli gələn vəzifələr həyata keçirilir”.

BAKU.WS xəbər verir ki, bunu APA-ya açıqlamasında AMEA-nin vitse-prezidenti İsa Həbibbəyli deyib.

O bildirib ki, yeni nizamnamənin təsdiq edilməsi üçün ümumi yığıncağın keçirilməsi ilə bağlı hələlik qərar yoxdur.

Akademik onu da əlavə edib ki, yeni strukturda işçilərin say həddi əvvəlki əməkdaş sayının 1/3-i qədərdir. Bu balans həmçinin rəyasət heyətinin say tərkibində də eynidir.

AMEA-nın hüquqi statusuna da toxunan İsa Həbibbəyli qeyd edib ki, AMEA respublikada elmi fəaliyyəti əlaqələndirən və ölkədəki digər elmi qurumların elmi-tədqiqat nəticələrini ümumiləşdirən, buna müvafiq qərarlar çıxaran orqandır.

Oxşar xəbərlər

Son xəbərlər