Bakı Metropoliteni yeni metrostansiyasının açılışına hazırlaşır - RƏSMİ

03
okt
2022
09:25
"Bakı Metropoliteni"nin "Bənövşəyi" xətt üzrə qatarların hərəkəti müvəqqəti məkik prinsiplə təşkil edilir.
Bu barədə BAKU.WS-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, bu, gələcəkdə istismara hazırlanan "Avtovağzal-Xocəsən" sahəsində işarəvermə sistemlərinin sınaq-tənzimləmə işləri ilə əlaqədardır:
"Bu, hələlik "Xocəsən" stansiyasının açılması deməkdir. Sınaq işlərinin yekunu və digər məsələlərlə bağlı əlavə məlumat veriləcək".
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...
