Zəfərə gedən yolun ilk şəhidləri... - VİDEO

Sərxan Həsənov, Həsən Dəmirov...Onlar Vətən müharibəsinin ilk günündən torpaqlarımızı azad etmək üçün irəli atılan qəhrəmanlarımızdandır.
Tovuz rayonunun Əlibəyli kənd sakini 24 yaşlı Sərxan Həsənov 2-ci Qarabağ müharibəsinin ilk günü düşmən mövqelərinin məhv edilməsi zamanı şəhid olub.
Sərxan Füzuli istiqamətində gedən döyüşdə düşmənin bir neçə zirehli texnika və canlı qüvvəsini sərrast atışla məhv edib. Qəhrəman şəhidimiz şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad edilməsinə görə" və "İgidiliyə görə" medalları ilə təltif edilib.
Cəlilabadlı Həsən Dəmirov da müharibənin ilk saatlarından döyüşlərə qatılan igidlərimizdəndir. Həsən Suqovuşan-Talış istiqamətində düşmənin illərlə qurduğu istehkamları igidliklə yarıb. O, düşmənin ağır texnikalarının və canlı qüvvəsinin məhv edilməsiidə xüsusi rəşadət göstərib.
İgid döyüşçü düşmənin 6 postunun alınmasıında iştirak edib.
Həsən Dəmirov ölümündən sonra ''Vətən Uğrunda'' və ''Laçının azad olunmasına görə'' medalları ilə təltif edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev və Mehriban Əliyeva Bakıda yeni yaşayış kompleksinin açılışında - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üç...
