13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Əllərində atasının şəkli olan, gözlərində isə böyük kədərlə yanaşı, qürur hissi duyulan kiçik qızcığaz...

Baxışlarındakı dərin məna ilə hər kəsin marağına səbəb olan və son günlərdə sosial şəbəkələrdə sürətlə yayılan bu fotodakı qız Şəhid Xaqani Əskərovun övladı 3 yaşlı Ahudur. Foto sentyabrın 14-də, Ermənistan Silahlı Qüvvələrinin həmin günlərdə törətdiyi təxribatlar zamanı şəhid olan hərbi qulluqçuların 2-ci Fəxri Xiyabanda dəfni zamanı çəkilib.

Fotojurnalist Fərqanə Qasımlı fotonun bu qədər diqqət çəkməsinin səbəbi kimi azyaşlı Ahunun məna dolu baxışlarını görür.

Yaxınlarının sözlərinə görə, fotodakı Ahunun atası Xaqani Əskərov müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarında xidmət edib. Zirehli döyüş maşınında atıcı olan Xaqani Vətən Müharibəsinin ilk günündə də döyüşlərə qatılıb.

Ən böyük arzusunun şəhidlik olduğunu deyən Xaqani ailəsi ilə vidalaşaraq evdən çıxıb. Sentyabrın 29-da da Füzuli istiqamətində qəhrəmancasına şəhid olub. Şəhidin 5 yaşlı Aylin və 3 yaşlı Ahu adlı qızları yadigar qalıb.

Şəhid Xaqani Əskərov “Vətən Uğrunda” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

BAKU.WS
VİDEO