SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-ın Bakıdakı səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib.

BAKU.WS xəbər verir ki, bu barədə səfirliyin rəsmi feysbuk səhifəsində bildirilib. 

Paylaşımda "27 sentyabrda Ermənistan ilə Azərbaycan arasında münaqişədə həyatlarını itirənləri yad edir, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik. Birləşmiş Ştatlar Cənubi Qafqaz regionunda sülhün bərqərar olması istiqamətində işləməyə sadiqdir" sözləri qeyd edilib. 

Xatırladaq ki, bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.

BAKU.WS