İmişlidə Şəhid çavuş Abas Şahbazovun ailəsi və məzarı ziyarət edilib - FOTO

İmişlidə Şəhid çavuş Abas Şahbazovun ailəsi və məzarı ziyarət edilib - FOTO
Foto
Sosial 56

İmişli Rayon Polis Şöbəsinin rəhbərliyi və kollektivi Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu, çavuş Abas Şahbazovun ailəsini və məzarını ziyarət ediblər.

Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən bildirilib.

Rayonun Qulubəyli kəndində baş tutan görüşdə şöbə əməkdaşları əvvəlcə şəhidimizin böyüyüb boya-başa çatdığı evdə olublar, ailə üzvlərinin qayğıları ilə maraqlanıblar. Daha sonra isə şəhid hərbi qulluqçunun məzarı ziyarət olunub, önünə əklil qoyulub, çiçək dəstələri düzülüb.

Həmçinin şöbə əməkdaşları eyni kənddə anadan olan və 1990-cı illərdə mənfur düşmənlərimizə qarşı mərdliklə vuruşaraq Hadrut rayonunun Şaqax kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan şəhid polis əməkdaşı, Milli Qəhrəman İmamverdi Əliyevin məzarını da ziyarət ediblər. Vətən oğlunun məzarının önünə gül-çiçək dəstələri düzən polislər, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Şəhid ailələri ilə görüşdən sonra polis şöbəsinin kollektivi torpaqlarımızın azadlığı uğrunda canlarından keçən vətən övladlarının əziz xatirələrinə həsr olunmuş ağacəkmə aksiyasında iştirak ediblər. Əvvəlcə əməkdaşlar tərəfindən əkin üçün lazım olan quyular qazılıb, daha sonra rayonun iqlim şəraitinə daha uyğun və dözümlü olan şam ağacları əkilib. Bundan əlavə, ağacların küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...

6379 Sosial 18:43 27 may 2022

Son xəbərlər