Azərbaycan SSRİ-ni necə xilas etdi? - Hitlerə gözlənilməz zərbə
Baku TV-nin "Aydın tarix" verilişinin yeni buraxılışı 9 May - Faşizm üzərində Qələbə Gününə həsr olunub.
Bəşər tarixinin ən qanlı və dağıdıcı müharibələrindən biri olan İkinci Dünya müharibəsi zamanı milyonlarla insan həlak olub, şəhərlər və ölkələr viran qalıb. Müharibə faşizmə qarşı aparılırdı və dünya xalqları azadlıq uğrunda birləşmişdi.
Verilişdə Qələbənin qazanılmasında Azərbaycanın, Bakı neftinin rolundan, həmin dövrdə insanların yaşadıqları çətinliklərdən bəhs olunub. Tarix üzrə fəlsəfə doktoru Qənirə Pirquliyevanın sözlərinə görə, İkinci Dünya müharibəsində 1 milyondan artıq azərbaycanlı iştirak edib ki, onların 300 mini haqqında dəqiq məlumat yoxdur.
Proqramda, həmçinin Azərbaycan əsgərlərinin cəsarətlərindən, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən Həzi Aslanov, Stalinqrad yaxınlığındakı döyüşdə onlarla düşmən əsgərini məhv edən ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun şücaətindən danışılıb.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər – Trampdan açıqlama
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasındakı münaqişənin nizamlanması istiqamətində razılıq əldə olunmasa, Moskvaya qarşı sanksiyaların sərtləşdiri...