16 yaşlı şəxs kanalda batıb
Yeniliklərdən dərhal xəbərdar olun
Qusar rayonunda bir nəfərin batması ilə bağlı məlumat daxil olub.
FHN-dən BAKU.WS-ə verilən məlumata görə, 23 iyul 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Samur-Abşeron su kanalının Qusar rayonu, Kuzunqışlaq kəndi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub və dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri tərəfindən axtarışlara başlanılıb.
Hazırda 2008-ci il təvəllüdlü Rəhimxanov Nizami Rəhimxan oğlunun batdığı ehtimal edilən istiqamətlər üzrə axtarış əməliyyatları fasiləsiz olaraq davam etdirilir.
Ölkədə müşahidə olunan intensiv yağıntılarla əlaqədar kanalda suyun axın sürətinin həddən artıq yüksək olması axtarış əməliyyatını çətinləşdirir.
Əlavə məlumat veriləcək
Oxşar xəbərlər
Fövqəladə Hallar Nazirliyinin işçiləri peşə bayramını qeyd edirlər - FOTO
Dekabrın 16-sı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günüdür. BAKU.WS xəbər verir ki, bu gün FHN-in yaradılmasının 1...