16 yaşlı Turanı öldürən Ruslanın məhkəməsindən GÖRÜNTÜLƏR - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Şağan olimpiya idman kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə təqsirləndirilən Ruslan Səfixanovun məhkəməsindən görüntülər yayılıb.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər jurnalist Orxan Rasifoğlu tərəfindən sosial şəbəkəyə yerləşdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə qətlə yetirilən 16 yaşlı Turanın yaxınları qatilin ömürlük həbs edilməsini istəyiblər.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında baş verib. Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Turan Rüstəmovu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Ruslan Səfixanova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.
Oxşar xəbərlər
16 yaşında qətlə yetirilən Turanın bacısı danışdı: Yarışdan bir gün öncə... - VİDEO
Olimpiya Kompleksində qətlə yetirilən 16 yaşlı idmançı Turan Rüstəmovun bacısı Gülsüm Rüstəmova qardaşı ilə bağlı xatirələrini bölüşüb BAKU.WS xəbər verir ki, G...