VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2022-ci ilin iyul ayında orta hesabla 1 ailəyə ödənilən Ünvanlı Dövlət Sosial Yardımın məbləği artaraq, 260,2 manatdan 360,0 manata çatıb.

Bu barədə BAKU.WS-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,3% artım deməkdir.

Ünvanlı dövlət sosial yardımı haqqında və bu yardım kimlərə şamil edilir?

Ünvanlı dövlət sosial yardımı - aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Ünvanlı dövlət sosial yardımı almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.

Həmin səbəblərə daxildir:
ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması.

BAKU.WS