Bu ərazidə qaz olmayacaq

05
iyl
2022
14:54
Ucar rayonunun qaz təchizatında fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Ucar” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar, sabah saat 10:00-dan işlər başa çatanadək “Ucar” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
“Təmir işləri görülən müddətdə Ucar rayonunun bir hissəsinin (Ucar şəhəri daxil olmaqla) qaz təchizatında fasilə yaranacaq”, - məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Vətəndaşların NƏZƏRİNƏ: Bir şəhər və 30 kənddə qaz kəsiləcək
Bu gün Şəki rayonunun bir hissəsinin təbii qazla təchizatında fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. B...
