15 ildir gölməçədə yaşayan Türkan sakinləri - RƏSMİ AÇIQLAMA/VİDEO

15 ildir gölməçədə yaşayan Türkan sakinləri - RƏSMİ AÇIQLAMA/VİDEO
Video
Sosial 8

Bakıda Xəzər rayonu, Türkan qəsəbəsindəki sakinlər 15 ildir ki, gölməçədə yaşamaq məcburiyyətində qalıblar.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə sakinlər müraciət ediblər.

Müslüm Maqomayev küçəsinin sakinləri bildirir ki, acınacaqlı vəziyyət hər il oktyabrdan başlayaraq mart ayına qədər davam edir.

Türkan qəsəbəsinin bütün yağış suları məhz adıçəkilən ərazidə toplaşır. Mövcud durumla bağlı aidiyyəti qurumlara müraciət edilsə də onların dərdinə şərik çıxan tapılmır.

Yaranmış vəziyyətlə bağlı “Azərsu” ASC-yə müraciət və qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirildi ki, ərazidə infrastruktur mövcud deyil və kanalizasiya şəbəkəsi yoxdur.

Görüntüləri olduğu kimi təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər