VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Kommunal xidmət göstərən qurumlarda şəffaflıq yoxdur. İmkanlı adamlar, məmurlara məxsus ayrı-ayrı obyektlər ödəniş etmir. Bu isə elektrik enerjisinin qalxmasına səbəb olan amillərdən biridir".

Bunu ANS PRESS-ə iqtisadçı-ekspert Samir Əliyev bu gündən elektrik enerjisinin qiymətinin artmasını şərh edərkən bildirib. Onun sözlərinə görə, növbəti qiymət artımı nəqliyyat sistemində olacaq.

"Böhran dünya bazarında neftin ucuzlaşması, büdcə xərclərinin azalması səbəbindən elektrik enerjisinin qiymətinin qalxması gözlənilən idi. Çünki kommunal sektorda infrastrukturun qurulması üçün hər il dövlət büdcəsindən milyonlarla manat pul xərclənirdi. Son illərdə bu istiqamətdə milyarddan çox pul xərclənib. Artıq bu pul getdikcə azalır”, - Samir Əliyev deyib.

Ekspert iddia edir ki, kommunal xidmət göstərən qurumlarda şəffaflıq yoxdur. O deyir ki, imkanlı adamlar, məmurlara məxsus ayrı-ayrı obyektlər ödəniş etmir:

"Kommunal xidmət göstərən qurumların hər biri ayrı-ayrılıqda belə bir fikir səsləndirirdilər ki, istehsal etdikləri məhsulun maya dəyəri onun satış qiymətindən bahadır. Amma bu məsələ ilə bağlı suallar var. Əvvəla, şəffaflıq yoxdur. Biz haradan bilək ki, həqiqətən məhsulun maya dəyəri baha başa gəlir, bu məsələdə şişirtmə yoxdur? İkincisi, işçilərin çoxluğu qiymətə təsir edir. Bir nəfərin görməli olduğu işi 3-4 nəfər görürsə, təbii ki, bu, maya dəyərinə təsir edəcək. Üçüncüsü, istər su, istərsə də qaz, işıqpullarının ödənişlərində müşahidə edirik ki, daha çox adi vətəndaşlar ödənişi həyata keçirir. Amma imkanlı adamlar, məmurlara məxsus ayrı-ayrı obyektlər ödəniş etmir. Həmin pulu da əhalidən çıxırlar. Bu problemlər həll olunmayınca, qiymətlər qalxmaqda davam edəcək. Düşünürəm ki, bu artım digər qiymətlərə də təsir edəcək". 

İqtisadçının sözlərinə görə, artım 1 qəpik də olsa ümumi götürəndə bu, 16-17 faiz deməkdir:

"Növbəti artımlardan birinin nəqliyyat sektoru ilə bağlı olacağını istisna etmirəm. Bu, gözləniləndir, amma konkret vaxtını deyə bilmərəm. Artım bir qəpik olsa da ümumi götürəndə bu, 16-17 faiz deməkdir”.
 
BAKU.WS