SİZİN REKLAM BURADA!
055 213 76 73


Salyanda Azərbaycan tarixinə qanla yazılmış Xocalı faciəsinin qurbanlarının 30-cu ildönümünün qeyd edilməsi ilə əlaqədar anım tədbiri keçirilib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Salyan rayonunda da geniş şəkildə qeyd olunur. Rayonun idarə və təşkilat və müəssisələrində faciə ilə bağlı müxtəlif tədbirlər keçirilir.

Anım tədbirlərindən də biri bu gün rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə “Şəhidlər” xatirə kompleksində baş tutub.

İştirakçılar kompleksi ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş və Azərbaycanın ərazi bütövlüyü uğrunda, o cümlədən Xocalıda şəhid olan həmvətənlərimizin unudulmaz xatirəsi qarşısında ehtiramla baş əyiblər.

Anım mərasimində Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, şəhidlərin ruhuna dualar oxunub. Tədbirdə faciə qurbanlarının xatirəsinə həsr olunmuş “Ana fəryadı” adlı ədəbi-bədii kompozisiya nümayiş edilib.

BAKU.WS
QALEREYA