VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
İyunda may ayı ilə müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri isə 1,3 faiz ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən BAKU.WS-ə bildiriblər ki, yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 11,9 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,5 faiz bahalaşıb. İyunda may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,5 faiz, ərzaq məhsullarının qiymətləri 1,3 faiz ucuzlaşıb. Qeyri-ərzaq məhsullarının qiymətləri isə 0,3 faiz bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri sabit qalıb.

Ay ərzində düyünün, qarabaşaq yarmasının, yulaf və arpa yarmasının, toyuq ətinin, kərə və zeytun yağlarının, limonun, naringinin, çiyələyin qiymətlərində bahalaşma, makaron məmulatlarının, mal və qoyun ətinin, pasterizə olunmamış üzlü südün, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, almanın, armudun, bananın, gilasın, alçanın, əriyin, şaftalının, pomidorun, xiyarın, badımcanın, yerkökünün, çuğundurun, bibərin, göy lobyanın, kələmin, kartofun, sarımsağın, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyunda may ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, zərgərlik məmulatlarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, televizor və kompyuterlərin, minik avtomobilləri və onlar üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma müşahidə edilib. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər olmayıb.
 
BAKU.WS