AZAL Almatıya reyslərini ləğv edib

05
yan
2022
19:57
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Qazaxıstanın Almatı şəhərinə həyata keçirməyi planlaşdırdığı reysləri ləğv edir.
Bu barədə BAKU.WS-ə AZAL-dan məlumat verilib.
Bildirilib ki, bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib:
“Bakı – Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və yaxud pulsuz yenidən rezervasiya təklif olunacaq”.
Qeyd edək ki, Bakı – Almatı reysləri hər həftənin cümə günləri, Almatı-Bakı reysləri isə hər həftənin şənbə günləri həyata keçirilir.
Oxşar xəbərlər
AZAL Bakıdan Almatıya uçuşlara başlayır
“Azərbaycan Hava Yolları” aviaşirkəti noyabrın 19-dan etibarən Bakıdan Almatıya və geri istiqamətdə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır. “Azərbaycan...