Qubada əl qumbaraları tapıldı

03
dek
2021
18:14
Quba rayonu ərazisində üç ədəd F-1 əl qumbarası aşkarlanıb.
BAKU.WS Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun yaydığı məlumata istinadən xəbər verir ki, Quba Rayon Polis Şöbəsinə (RPŞ) Quba-Xınalıq yolunun Qırız Dəhnə kəndi ərazisindən keçən hissəsində üç ədəd F-1 əl qumbarasının olması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə gedən polis əməkdaşları əl qumbaralarını aşkar edərək götürüb.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.
Oxşar xəbərlər
Qurban bayramında heyvan kəsimi və satışı xidmətlərini həyata keçirəcək obyektlər - SİYAHI
2021-ci il iyul ayının 20-21-də qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməs...
