Azərbaycanda nə qədər narkoman var? - VİDEO
"Azərbaycanda yuvarlaq götürsək, 34 min narkotik aludəçisi var. BMT və digər beynəlxalq təşkilatlar bu rəqəmləri bütün ölkələrdə 10-a vururlar. Deməli, rəqəmlər bizdə, kobud desək, 400 minə gəlib çıxır".
BAKU.WS xəbər verir ki, bu sözləri İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində qonaq olan Narkomaniyaya qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü Rauf Zeyni bildirib:
"Təsəvvür edin ki, bizdə 400 min narkotik aludəçisi var. Bir narkomandan onun ən azı iki ailə üzvü əzab-əziyyət çəkirsə, bu rəqəmlər 1 milyonu keçir. Mövcud durum 10 milyonluq ölkə üçün dəhşətli vəziyyətdir".
Oxşar xəbərlər
Sükanı idarə edərkən mufta sıradan çıxarsa, sürücü nə etməlidir?
Avtomobil hərəkətdə olarkən muftanın (səviyyə pedalının) işləməməsi sürücünü çətin və riskli vəziyyətə sala bilər. Belə hallarda texniki yardım çağırmaq mümkün...