13 yaşlı qızın doğduğu körpəni BAKU.WS xilas elədi

13 yaşlı qızın doğduğu körpəni BAKU.WS  xilas elədi
Sosial 1729

Bakıda 13 yaşlı qızın dünyaya gətirdiyi körpə kimsəsiz vəziyyətdə 3 aya yaxın xəstəxanada qalıb.

Bu barədə BAKU.WS-in "qaynar xətt"inə məlumat daxil olub.

Nəticədə körpə 3 aya yaxın xəstəxanada kimsəsiz vəziyyətdə qalıb. Bunun nəticəsində xəstəxanadakı digər analar müxtəlif vaxtlarda körpəyə yardım göstəriblər.

Körpənin taleyini nəzərə alaraq BAKU.WS aidiyyəti qurumlara sorğu göndərərək azyaşlını xilas etmək qərarına gəlib.

BAKU.WS-in Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciətindən sonra uşaq körpələr evinə yerləşdirilib. Məsələ ilə bağlı qurumun İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamira Adilova BAKU.WS-ə bildirib ki, 2009-cu il təvəllüdlü H.M. tərəfindən 06.09.2022-ci il tarixində evdə dünyaya gətirdiyi cinsi kişi, çəkisi 3700 qr, boyu 53 sm olan övladı ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadası tərəfindən ambulansla Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna gətirilib:

"Yenidoğulmuş müəssisəyə daxil olduğu tarixdən Müəssisənin II Mamalıq şöbəsinin yenidoğulmuşlara qulluq otağında stasionarda qalıb. Ana H.M. müvafiq ərizə ilə özü yetkinlik yaşına çatanadək yenidoğulmuşun müvəqqəti körpələr evinə yerləşdirilməsini xahiş edib.

Bununla bağlı Xətai İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının üzvünün iştirakı ilə müvafiq akt tərtib edilib. Aidiyyəti orqanlara məlumat verilib. Ananın ərizəsi nəzərə alaraq övladının Körpələr evinə yerləşdirilməsi təmin edilib".

Məlumat üçün bildirək ki, BAKU.WS-in məsələyə qarışmasından sonra körpə bu gün körpələr evinə aparılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər