13 nəfər günvurmadan müraciət edib

13 nəfər günvurmadan müraciət edib
Sosial 30

Avqust ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə günvurma ilə əlaqədar olaraq 13 nəfərin ( 3 qadın cinsli, 10 kişi cinsli olmaqla) ) müraciəti qeydə alınıb.

BAKU.WS xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 4 nəfər xəstəxanaya hospitalizasiya olunub, 9 nəfərə yerində yardım göstərilib.

Qeyd edilib ki, müraciət edən şəxslərdən 3-ü (2 qadın, 1 kişi cinsli olmaqla) yeniyetmə olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər