SİZİN REKLAM BURADA!
055 213 76 73


Qax Rayon Polis Şöbəsinin əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ailə üzvlərini ziyarət ediblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, polis əməkdaşları görüş zamanı ailələrin qayğıları ilə maraqlanıb, hərbçilərimizin Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan, qələbə əzmindən danışıb, şəhidlərimizin əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağı və gələcək nəsillər üçün örnək olduğunu diqqətə çatdırıblar.

Görüş zamanı polis əməkdaşları müxtəlif ərzaq məhsullarından ibarət sovqatları təqdim ediblər. Şəhid ailələri də göstərilən diqqət və qayğıya görə, asayiş keşikçilərinə öz minnətdarlıqlarını bildiriblər.

BAKU.WS
QALEREYA