VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Aprel döyüşlərində şəhid olan hərbi qulluqçu (MAHXHQ) Adil Adilzadənin atası çətin durumdadır. 
 
BAKU.WS-in əldə etdiyi məlumata görə, şəhid atası Kamran Adilzadə çox acınacaqlı vəziyyətə düşüb. Məlum olub ki, şəhidin adına olan krediti atası ödəməkdə çətinlik çəkir. 

Kamran kişi bildirib ki, Adil sağlığında vaxtı-vaxtıda krediti ödəyirmiş. Ancaq döyüşlərdə şəhid olan Adilin kreditini indi atası ödəməkdə çətinlik çəkir. Bank isə xəbərdarlıq edib ki, ödəniş olmadığı təqdirdə məhkəməyə müraciət olunacaq. 

Qeyd edək ki, şədid Adil Adilzadə 17 erməni öldürərək qolundan yaralanıb. Ancaq buna baxmayaraq döyüşə davam edən Adil bir neçə saat döyüşdükdən sonra düşmən sinaypernin gülləsinə tuş gəlib. Adil aldığı güllə yarasından şəhdlik zirvəsinə ucalıb. 
 
BAKU.WS