Neytral zonadan götürülən iki şəhidimizin adı açıqlandı
Aprelin 8-də ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə döyüş meydanında qalmış Azərbaycan və Ermənistan hərbi qulluqçularının meyitləri götürülüb.
BAKU.WS xəbər verir ki, millət vəkili Aydın Mirzəzadə həmin hərbçilərdən ikisinin adını açıqlayıb:
"Gizir Teymur Qasımov və müddətdən artıq qulluq edən hərbi qulluqçu Adil Adilzadə 2 aprel tarixində döyüşlərdə həlak olub. Dünən Ermənistan-Azərbaycan cəhhə xəttində Teymurun cəsədi Azərbaycan tərəfə təhvil verilib, Adilin məsələsi isə hal-hazırda həll edilir.
Mingəçevirə gedərək onların yas mərasimində iştirak edib, yaxınları ilə dərdlərini bölüşəcəyəm”.
BAKU.WS
Oxşar xəbərlər
Bu gün Qarabağdakı şəhidlərimizin meyitləri götürüləcək
Aprel ayının 8-də Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlinib. Müdafiə Nazirli...