1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Dənizkənarı Milli Parkda uşaqlar üçün pulsuz aksiya keçiriləcək.

BAKU.WS bildirir ki, Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov APA-ya açıqlamasında deyib ki, sabah bulvarda olan attraksion və karusellərin əksəriyyəti, qatarlar və hava şəraiti imkan versə gəmi uşaqların pulsuz istifadəsinə veriləcək.

Onun sözlərinə görə, attraksionlardan pulsuz istifadə 15 yaşına qədər olan uşaqlar üçün nəzərdə tutulub: "Uşaqların attraksionlardan pulsuz istifadə etməsi sabah saat 09:00-dan 15:00-dək mümkün olacaq. Belə aksiyalar mütəmadi olaraq keçirilir".
 
BAKU.WS