VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quba-Bakı yolu bərbad vəziyyətdədir.

Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Son zamanlar sürücülər yolun bərbad vəziyyətdə olmasından daim şikayətlənirlər. Sosial şəbəkələrdə yolun vəziyyəti barədə davamlı olaraq videolar yayılır.

Yayımlanan son videoda isə yolun heç bir texniki şərtə cavab vermədiyi bütün çılpaqlığı ilə nümayiş olunur. Sürət həddi 90 km/saat nəzərdə tutulsa da, burada nəinki 90, heç 30 km/saatla da hərəkət etmək mümkün deyil. Bu da azmış kimi, yolun işıqlandırılmaması da kadrlarda əksini tapıb. Bu isə onsuz da “möhtəşəm asfalt örtüyü”nə görə sürünən sürücülərin işini bir az da çətinləşdirir.

Avtomobil Yolları Dövlət Agentli yolun vəziyyəti ilə bağlı məsələyə münasibət bildirməyib.

Həmin görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO