VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2021-ci ilin may ayı ərzində Bakı, Sumqayıt və Abşeron əhalisinə 636 minə yaxın tibbi xidmət göstərilib.

Bu barədə BAKU.WS-ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, icbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin may ayı ərzində Bakı, Sumqayıt və Abşeron əhalisinə 635 939 tibbi xidmət göstərilib. Bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 349 350 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 508 882-si ambulator, 127 057-si isə stasionar şəraitdə göstərilib.

Əhalinin hər 1000 nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən, ilk onluqda yer alan Bakı şəhərinin rayonları: Nərimanov (268), Pirallahı (232), Sabunçu (218), Yasamal (202), Xəzər (144), Səbail (143), Nəsimi (136), Suraxanı (124), Xətai (58) və Binəqədi (53).

Sumqayıt şəhəri üzrə əhalinin hər 1000 nəfərinə tibb müəssisələrinə olunan müraciət sayı 126, Abşeron rayonu üzrə isə 19 təşkil edib.

BAKU.WS