Böyükşor gölündən buna görə pis qoxu gəlirmiş - RƏSMİ
14.08.2026-cı il tarixində Böyük Şor gölündə suyun yaşıl rəngə boyanmasının səbələrinin araşdırılması məqsədilə su nümunələri götürülüb və analiz aparılıb.
BAKU.WS xəbər verir ki, analiz nəticələrinə əsasən, su nümunəsinin kəskin iyli, yaşıl rəngli, qatı, çətin çökən maddə şəklində olması müəyyənləşdirilib.
Nümunənin mikroskopik tədqiqatı zamanı həddindən artıq göy-yaşıl yosunlar (Cyanobacteria) müşahidə edilib. Aşkarlanan yosun qrupları su nümunəsinin rəngini adətən yaşıl, bəzən isə qəhvəyi-yaşıl göstərə bilər.
Mövsümlə əlaqədar temperaturun yüksəlməsi, həmçinin suda biogen elementlərin (ümumi azot və fosforun) miqdarının artması suda baş verən biokimyəvi prosesləri sürətləndirib və bu da toksiki sianobakteriyaların populyasiya sıxlığının kəskin artması üçün optimal şərait yaradıb.
Oxşar xəbərlər
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Şirvan şəhəri və İsmayıllı, Lənkəran, Xocavənd rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları...