Azərbaycanın iki güləşçisi dünya çempionatında medal qazandı
Azərbaycanın iki yunan-Roma güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında medal qazanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, Tural Əhmədov (63 kq) təsəlliverici görüşdə Finlandiya təmsilçisi Matias Arpiaynenə 8:0 hesabı ilə qalib gəlib.
Axşam seansında isə ekvadorlu Klizman Velisi minimal fərqlə - 2:1 hesabı ilə məğlub edən Tural Əhmədov bürünc medal qazanıb.
Cavidan Nehmətov (77 kq) isə final görüşündə Ermənistan təmsilçisi Samvel Terteryanla qarşılaşıb. İlk xal prinsipinə əsasən rəqibinə 1:1 hesabı ilə məğlub olan güləşçi gümüş medalla kifayətlənib.
Oxşar xəbərlər
Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib
Qaradağ rayonunun Lökbatan qəsəbəsində Azərbaycan Peşəkar Döyüş Klubunun yeni idman zalının açılışı olub. BAKU.WS xəbər verir ki, açılış mərasimində gənclər və...