VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən

 

Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılır.

"Azəravtoyol" ASC-dən BAKU.WS-ə verilən məlumata görə, avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgi, yolgöstərici xətlərin və piyada keçidlərinin yenidən rənglənməsi işləri davam etdirilir.

Bu gün axşam saat 22:00-da etibarən səhər saatlarınadək Ziya Bünyadov propektinin "Böyük Şor" yol qovşağından İslam Abışov küçəsi ilə kəsişməyədək olan hissəsində (Çermet körpüsünədək) hər iki istiqamət üzrə yol tam bağlanmadan hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.
 
BAKU.WS