12 rayonda koronavirusun risk ocaqları ləğv edilib - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycanda hələ də epidemioloji gərginlik müşahidə olunur".
BAKU.WS xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, karantin rejiminin tətbiqi vəziyyəti nəzarət altında saxlamağa imkan verib: "Bu da diaqnostik imkanlar və xəstəliyin vaxtında aşkar edilməsi nəticəsində baş verib".
V.Qasımov qeyd edib ki, testlərin nəticəsi son iki həftə ərzində sağalan şəxslərin sayındakı artımda özünü göstərir. Bu günə qəıdər xəstələrin 64%-i sağalıb.
Bəzi regionlar isə artıq koronavirusdan təmizlənib.
Onun sözlərinə görə, artıq koronavirusun qeydə alındığı 25 faiz ərazidə risk ocaqları ləğv edilib. Hazırda 12 rayonda xəstəliyə yoluxma halı yoxdur.
Oxşar xəbərlər
Nazirlər Kabinetindən karantin rejimindən çıxma ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda dünya ölkələri bütün səylərini yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə və profilaktika tədbirlərinə yönəltmişdir. 2020-ci il mart ayı...