Mayın 26-da ilin ilk Ay tutulması hadisəsi baş verəcək

Mayın 26-da ilin ilk Ay tutulması hadisəsi baş verəcək
Sosial 120

Mayın 26-da 2021-ci ilin ilk Ay tutulması hadisəsi baş verəcək.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından BAKU.WS-ə bildirilib ki, bu, tam Ay tutulmasıdır. Tutulma hadisəsi 13:44:57-də başlayacaq və 16:52:23-də sona çatacaq.

Tutulmanın maksimumu 15:18:42-də olacaq. Tutulma hadisəsi Şərqi Asiya, Avstraliya, Amerika, Sakit okeanda müşahidə olunacaq.

İlin ikinci Ay tutulması isə noyabrın 19-da baş verəcək. Bu, qismən Ay tutulmasıdır. Tutulma hadisəsi 11:18:41-də başlayacaq və 14:47:04-də sona çatacaq.

Tutulmanın maksimumu 13:02:55-də olacaq. Tutulma hadisəsi Amerika, Şimali Avropa, Şərqi Asiya, Sakit okean və Avstraliyada müşahidə olunacaq.

Tutulmalar zamanı Ay üfüqdən aşağıda olduğuna görə cari ildəki Ay tutulması hadisələri Azərbaycanda müşahidə olunmayacaq.

Oxşar xəbərlər

Son xəbərlər