117 milyon manatdan çox vəsait fərdi hesablarda əks olunmayıb

Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun auditi zamanı 117 milyon manatdan çox məcburi dövlət sosial sığorta haqqının vətəndaşların fərdi hesablarında əks olunmadığını müəyyən edib.
2006-2016-cı illər üzrə yaranmış qalıqlar əsasən sığorta edənlərin təqdim etdiyi B3 formalarında sosial sığorta nömrəsinin qeyd olunmaması və ya ümumiyyətlə, hesabatın təqdim edilməməsi ilə bağlı olub. 2017-ci ildən sonra isə əsas problem hesabatların təqdim olunmamasıdır.
"Yeni sistemə keçid zamanı şirkətlər Dövlət Sosial Müdafiə Fonduna ödənilmiş məbləğləri işçilərin hesabında düzgün əks etdirməyiblər. Bu, verilməyəcək 117 milyonluq pensiya deməkdir", - deyə iqtisadçı Xalid Kərimli məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, şirkətlərin VÖEN ilə işçi işlətmələri qanunsuzdur.
Hüquqşünas Hikmət Əliyev isə bildirib ki, bu yolla onlar əmək münasibətlərini gizlətməyə çalışırlar.
Ətraflı Baku TV-nin süjetində:

Oxşar xəbərlər
"10 ildir deyirlər ki, yeni binaya köçürəcəyik" - Sakinlərə yalan vədlər verilir?
Bakı şəhərində Xətai rayonu, Babək prospekti 8 ünvanında yerləşən və 1998-ci ildə inşa edilən binanın sakinləri tikinti şirkətindən şikayətçidirlər. 19 mərtəbəl...