SİZİN REKLAM BURADA!
055 213 76 73


Əgər istifadə etdiyimiz antibiotik həb şəklindədirsə, bol su ilə qəbul edilməlidir.

BAKU.WS xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş terapevti Faiq Abdullayev deyib.

Onun sözlərinə görə, antibiotik qəbul edilən saatlara riayət edilməli və antibiotiklər lazımi vaxtda alınmırsa, növbəti saat ərzində həddindən artıq doz qəbul edilməməlidir:

"Yanaşı qəbul etdiyimiz davamlı dərmanlar varsa, antibiotik təyin etmədən həkimə bu barədə məlumat verilməlidir.

Bəzi antibiotik növləri alkoqol istifadəsi nəticəsində ciddi yan təsirlərə səbəb olur. Bu cür qarşılıqlı təsirlər müalicənin uzanması və təsir yükünün azalması kimi bir çox nəticəyə səbəb ola bilər.

Bu cür halların qarşısını almaq üçün antibiotik yalnız həkim təyinatı üzrə qəbul edilməli və müalicə zamanı xüsusi vəziyyətlərə diqqətlə riayət edilməlidir".

BAKU.WS