Smart-kart tipli sayğaclara ödəniş etmək olmur? - RƏSMİ CAVAB
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda mənzillərə quraşdırılan yeni smart-kart tipli sayğacların kartlarına ödəniş etməklə bağlı yaranan problem aradan qaldırılıb.
Bunu BAKU.WS-ə açıqlamasında “Azəriqaz” İctimai Birliyinin Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov bildirib.
Onun sözlərinə görə, sistemdə kiçik texniki problem yaranıb:
"Ödənişlə bağlı dünən axşam saatlarında problem yaranmışdı. Bəzən proqram təminatında belə problem yaşanır. Artıq bu problem aradan qaldırılıb və vətəndaşlar sayğac kartlarına pul köçürə bilərlər".
Buna qədər BAKU.WS-in "Qaynar xətt"inə daxil olan məlumatda qeyd edilmişdi ki, Xətai rayonu, Corat küçəsindəki mənzillərə quraşdırılan yeni smart-kart tipli sayğacların kartlarına ödəniş etmək olmur.
Oxşar xəbərlər
"Azəriqaz"dan qaz sayğacları ilə bağlı AÇIQLAMA
Bakıda bəzi smart-kart tipli qaz sayğacları mexaniki sayğaclarla dəyişdirilir. BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azəriqaz" İstehsalat Bir...