SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda bəzi park və ərazilərdə vətəndaşlar tərəfindən daim istifadə olunan yeraltı keçidlərdə bitmək bilməyən problem peyda olub.

BAKU.WS xəbər verir ki, vətəndaşlar yeraltı keçidlərdə olarkən eskalatorlardan istifadə edə bilmirlər.

Eskalatorların fəaliyyətsizliyi vətəndaşlara əlavə problemlər yaşadır. Gənclər pilləkəndən istifadə etdiyi təqdirdə, yaşlı və səhhətində problem olan insanlar böyük çətinliklərlə üzləşirlər.

Vətəndaşların üzləşdiyi problemlərdən biri də "Qış parkı"nda yaşanır. Park ərazisində fəaliyyət göstərməli olan eskalatorların heç biri işləmir. Mövcud problemin səbəblərini aydınlaşdırmaq və məsələnin nə vaxt öz həllini tapacağını müəyyən etmək məqsədilə Bakı Nəqliyyat Agentliyinə müraciət etdik.

Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, "Qış parkı"nın aşağısındakı yeraltı dayanacaq təhvil alınan zaman orada bir sıra çatışmazlıqlar mövcud olub: "Lift və eskalatorların fəaliyyətilə bağlı problemlər mövcud olub. Belə ki, təhvil zamanı bu qurğularda nöqsanların olduğu və işləmədiyi müəyyən edilib.

Bu il üçün avtodayanacaqdakı lift və eskalatorlarının əsaslı təmiri nəzərdə tutulub.

Ötən müddət ərzində avtodayanacaqda ödəniş sisteminin qurulması, ödəmə terminalları və zəruri avadanlıqların təmiri həyata keçirilib".

Orxan Hüseyn
BAKU.WS
VİDEO

QALEREYA