Bu gündən Azərbaycanda daha bir məhdudiyyət ləğv olunur

25
yan
2021
08:42
Bu gündən Azərbaycan məhkəmələrində təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olunmaqla digər proseslərin keçirilməsinin məhdudlaşdırılması müddəti başa çatır.
BAKU.WS xəbər verir ki, məhdudiyyət sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar koronavirus (COVID-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə Ali Məhkəmə tərəfindən tövsiyə edilmişdi.
Təxirəsalınma üçün yanvarın 25-dək müəyyənləşdirilən müddət bitdiyi üçün bütün növ məhkəmə işlərinə baxış iclasları bərpa edilir.
Oxşar xəbərlər
Məhkəmələrdə işlərin təxirəsalınma müddəti uzadıldı - RƏSMİ
Ali Məhkəmə Azərbaycanda sərtləşdirilmiş karantin rejimində məhkəmələrində işlərə baxılması ilə bağlı müvəqqəti təxirə salınma müddətini uzadıb. BAKU.WS Ali Məh...
