SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin “sulfat turşusu istehsalı” layihəsi çərçivəsində tikiləcək zavodun investisiya dəyəri 6 milyon ABŞ dollarıdır.

Prezident İlham Əliyevin yanvarın 18-də təməlini qoyduğu zavodda ildə 20 min ton məhsul istehsalı nəzərdə tutulur.

Bu ilin sonunda fəaliyyətə başlayacaq zavodda 30-dan çox iş yeri yaradılacaq.

Təməlqoyma mərasimində bildirilib ki, təkcə son 3 ildə Azərbaycana hər il 5-10 min ton sulfat turşusu idxal edilir və bu zavodun fəaliyyətə başlaması ilə idxal yerli istehsalla əvəz olunacaq. Məhsulların növbəti mərhələlərdə Gürcüstana və Rusiyaya ixrac edilməsi də planlaşdırılır.

BAKU.WS